Hərbi

NATO-nun keçmiş baş komandanı süni intellektin müharibələrə təsirini açıqlayıb

NATO-nun keçmiş baş komandanı süni intellektin müharibələrə təsirini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Süni intellekt sürətlə inkişaf edir və on il və ya daha az müddətdə orduya əhəmiyyətli təsir göstərəcək”.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Silahlı Qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis “Bloomberg” üçün yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, barıtın ölümcül potensialını həyata keçirmək üçün bir neçə əsr lazım idi:

“Hərbi aviasiya Kitti Hokdan (1903-cü ildə Rayt qardaşlarının ilk təyyarə uçuşunun həyata keçirildiyi yerdən) 40 ildən az müddətdə kütləvi hava bombardmanlarına keçdi. Süni intellekt təsvirləri saxtalaşdıra və düşmən kəşfiyyatını qəsdən çaşdıra biləcək, həmçinin müasir kibermüdafiə sistemlərinin öhdəsindən gəlmək üçün yeni kiberhücum mexanizmlərinin yaranmasına nail olacaq.

Bu, düşmən sensorlarını nəhəng döyüş donanmasının sahillərinə yaxınlaşdığına, əsas hücumun isə kosmosdan gələcəyinə inandırmağa imkan verəcək”.

Stavridis süni intellektin müharibə üçün əhəmiyyətini kaman, barıt, tüfəngli lülələr, təyyarələr, sualtı qayıqlar və nüvə silahlarının yaranması ilə müqayisə edib:

“Süni intellekt qərar qəbul edən şəxslərə dərhal bütün hərbi tarixə baxmaq və döyüş üçün ən yaxşı variantı seçmək imkanı verəcək. Süni intellekt həm də logistik və texnoloji uğursuzluq nöqtələrini dəqiq proqnozlaşdıra biləcək”.