Xalq artisti Brilliant Dadaşova əməkdar artist Lalə Məmmədovanın ona tərəf atdığı barışıq addımından sonra ilk dəfə danışıb.
7Times.az xəbər verir ki, “Space star” verilişində qonaq olan Xalq artisti açıqlamasında deyib:
“Mən birdən birə dönə bilmirəm. Bunun üçün vaxt lazımdır. Onsuz da mən səni sevsəm, bunu hamı görəcək. Amma bəzən qəlbim qırılır. Çünki o qədər insanları sevirəm, heç kimlə işim yoxdur, keyfiyyətli musiqi dinləyirəm”.
Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova və əməkdar artist Lalə Məmmədova uzun zamandır küsülüdür. Lalə Məmmədova Brilliant xanımın ad gününə gedərək ona barışıq addımı atmışdı.
AZXEBER.COM
Follow @7timesaz