Bu gün İsrailə səfər edən ABŞ dövlət katibi Entoni Blinken Baş nazir Netanyahunu humanitar atəşkəs üçün razı salmağa çalışacaq.
«AzPolitika.info» bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir. Lakin vurğulanır ki, ABŞ-ın atəşkəs məsələsində mövqeyi BMT və müsəlman ölkələrinin mövqeyindən sadəcə «müvəqqəti pauza» tələb etməsilə fərqlənir. Yəni, Ağ EV hələ də HƏMAS-a qarşı müharibədə İsrailə dəstək verməkdə maraqlıdır.
Ooktyabrın 7-sindən bəri İsrailə ikinci dəfə səfər edən Blinken Netanyahu ilə qida, yanacaq, su və dərmanların tükəndiyi, binaların dağıdıldığı və minlərlə insanın bombalanma qorxusuyla evlərini tərk etdiyi Qəzzada mülki əhaliyə zərərin minimuma endirilməsi üçün konkret addımları müzakirə etməlidir.
Follow @7timesaz