PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in 11-ci turunda “Monpelye” üzərində qazandıqları qələbəni (3:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, “L’Équipe” onun dediklərini belə çatdırıb:
“Monpelye” çox xoşuma gəlir. Onların yüksək ustalıq səviyyəsinə malik futbolçuları var. Bu rəqibə qarşı oynayanda boş zonalar tapmaq çətin olur. Yaxşı ki, ilk fürsəti qola çevirdik. Bu, bizi bir qədər sakitləşdirdi”.
Qeyd edək ki, Parisdə qazandığı bu qələbə sayəsində xal hesbaını 26-ya çatdıran PSJ turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Follow @7timesaz