Qəzza sektoruna nüvə bombası atılması ehtimalını istisna etməyən Qüds və İsrail dövlətinin irsi işləri üzrə nazir Amixiya Eliyaxu növbəti bildirişə qədər Nazirlər Kabinetinin iclasından uzaqlaşdırılıb.
APA-nın “Kan” radiosuna istinadən verdiyi xəbərə görə, bunu bu gün İsrail Baş naziri Binyamin Netenyahu bildirib.
Binyamin Neteyahu deyib ki, Amixiya Eliyaxunun sözləri həqiqəti əks etdirmir və reallıqla əlaqəsi yoxdur: “İsrail və İsrail Ordusu beynəlxalq hüququn standartlarına uyğun hərəkət edir və biz bunu qələbəyə qədər davam etdirəcəyik”.
Qeyd edək ki, bu gün Amixiya Eliyaxu Qəzza zolağına nüvə bombası atılmasının mümkün variantlardan biri olduğunu söyləyib.
Follow @7timesaz