Qəzzadakı Fələstin-İsrail münaqişəsində İsrailə açıq dəstəyini ifadə edən ABŞ döyüş gəmilərinin ardından Yaxın Şərqə nüvə sualtı qayığı göndərib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” nəşri məlumat yayıb.
“Ohayo” sinifli sualtı qayığın ABŞ-dan yola çıxdığı və hazırda Süveyş kanalı yaxınlığına olduğu bildirilib.
“CNN”-nin xəbərində qeyd olunub ki, ABŞ bu addımı İrana qarşı atıb və onu hazırkı qarşıdurmaya daxil olmaqdan çəkindirmyə hesablanıb.
Follow @7timesaz