Bu gün UEFA Çempionlar Liqasında 4-cü tur start götürür.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
Prinsipial matçlar F qrupunda reallaşacaq. Belə ki, qrup sonuncusu olan “Milan” lider PSJ-ni sınağa çəkəcək, hərəyə 4 xalı olan Dortmund “Borussiya”sı ilə “Nyukasl” isə Almaniyada görüşəcəklər.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
F qrupu
21:45. Borussiya D (Almaniya) – Nyukasl (İngiltərə)
00:00. Milan (İtaliya) – PSJ (Fransa)
Xal: PSJ – 6, Borussiya D – 4, Nyukasl – 4, Milan – 2.
H qrupu
21:45. Şaxtyor (Ukrayna) – Barselona (İspaniya)
00:00. Portu (Portuqaliya) – Antverpen (Belçika)
Xal: Barselona – 9, Portu – 6, Şaxtyor – 3, Antverpen – 0.
E qrupu
00:00. Latsio (İtaliya) – Feyenoord (Niderland)
00:00. Atletiko (İspaniya) – Seltik (Şotlandiya)
Xal: Feyenoord – 6, Atletiko – 5, Latsio – 4, Seltik – 1.
G qrupu
00:00. Mançester Siti (İngiltərə) – Yanq Boyz (İsveçrə)
00:00. Srvena Zvezda (Serbiya) – Leypsiq (Almaniya)
Xal: Mançester Siti – 9, Leypsiq – 6, Yanq Boyz – 1, Srvena Zvezda – 1.
Follow @7timesaz