Noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
7Times.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Follow @7timesaz