İdman

“Bayer 04” “Qarabağ” önünə ehtiyat qüvvə ilə çıxacaq

“Bayer 04” “Qarabağ” önünə ehtiyat qüvvə ilə çıxacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bayer 04” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la bu gün keçiriləcək oyuna ehtiyat qüvvə ilə çıxacaq.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Xabi Alonso əsasən az oyun şansı əldə edən futbolçulara güvənəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qapını Matey Kovarj qoruyacaq. Oyunlarda adətən sonradan meydana çıxan Yosip Stanisiçlə Pyero İnkapenin ilk dəqiqələrdən müdafiə xəttində qərarlaşacağı gözlənilir.

İspaniyalı mütəxəssis yarımmüdafiədə Robert Andrix, Natan Telya və Amine Adliyə şans vermək fikrindədir. Zədədən yeni qayıdan hücumçu Patrik Şikin isə iştirakı sual altındadır.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.