Ötən gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” – “Bayer” matçı baş tutub.
Axşam.az xəbər verir ki, aparıcı Kəmalə Piriyeva matçdan sonra “Gənclik” stansiyasının qarşısındakı mənzərini paylaşaraq yerə zibil atan azarkeşləri tənqid edib:
“Bu, nə deməkdir?! Futbola gəldiniz, dəstək oldunuz, əla. Bu nədir, elə bil zibilxanadır”.
Qeyd edək ki, matç “Qarabağ”ın 0:1 hesabı ilə uduzması ilə nəticələnib.
Follow @7timesaz