Maqazin

İradə İbrahimovadan MARAQLI PAYLAŞIM: “Baxdığı pəncərini çox sevirəm”- FOTO

İradə İbrahimovadan MARAQLI PAYLAŞIM: “Baxdığı pəncərini çox sevirəm”- FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məni böyüdən ön önəmli şeylərdən biri övladlarımdır. Bu dünyanın ən çətin, ən məsuliyyətli, hansı yaşda olsaq da, son nəfəsimizə qədər bitməyən və öyrətməyə davam edən məktəb ana və atalıqdır. BU dünyanın ən gözəl təşvişi, həyəcanı, qoxusu, dadı yenə ana və atalıqdır. Əvəzsiz yola İpıklə başladım. İpəyə rəfiqə olmadım, ola da bilmərəm. Lakin rəfiqəlikdən çox yaxın sirdaş olduq. Hiss etdiklərimi, sıxıntılarımı onun bölüşməyə başladım. Həyata baxışımız, düşüncələrimiz, xəyallarımız fərqli olsa da, bizi birləşdirən bir nöqtə var ki, orda mütləq bir araya gəlirik.

7Times.az  xəbər verir ki, bu sözləri bu sözləri Türkiyədə yaşayan həmyerlimiz, müğənni İradə İbrahimova sosial mediada yazıb. Qızının doğum gününü instaqram üzərindən təbrik edən sənətçi analıq nəsihətlərini də bölüşüb:

“Onunla etdiyim söhbətləri, baxdığı pəncərini çox sevirəm. Fərqliyinin ahəngini sevirəm. Hər ana kimi mənim də dualarım, diləklərim tükənməzdir. Mən arzu ediləni deyil, arzunu, duanı sevirəm. Allah bu dünyanın kirini ürəyinə toxundurmasın. Toxundursa belə bir insanı baxışınla, dilinlə ruhunu və qəlbini qırma. Girdiyin hər yerə yaxşılıq, gözəlliyi, sevgini ədə bərabərində apar. Ürəyinə xoş gələn nə varsa, ətrafınla da paylaş. Bu ən faydalı duyğudan qəlbini məhrum qoyma. Qısası, ruhumun ruhunu gələcəyə daşı, qızım”, – ulduz dünən 13 yaşı tamam olan qızı haqqında yazdığı paylaşımda qeyd edib.

News24.az