Dünya

ABŞ Ukraynaya qış infrastrukturunu gücləndirməyə kömək edəcək

ABŞ Ukraynaya qış infrastrukturunu gücləndirməyə kömək edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qışda Ukraynaya dəstək verəcəyini vəd edib.

 

7Times.az  “Bild”ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşdə bunu deyib.

O bildirib ki, Birləşmiş Ştatlar qarşıdan gələn qış üçün Ukrayna infrastrukturunu gücləndirmək məqsədilə addımlar atmaq niyyətindədir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller təsdiqləyib.

 

“Ukrayna hökuməti ilə apardığımız müzakirələrdə biz onları dəstəkləməyə davam edəcəyimizi açıq şəkildə bildirdik”, – Miller əlavə edib.

 

Keçən qışda Rusiya ordusu Ukrayna infrastrukturuna kütləvi hücuma keçərək bütün ölkə ərazisində elektrik və istilik təchizatında fasilələr yaradıb. Dövlət Departamenti hesab edir ki, Rusiya hərbçiləri bu qış da oxşar hərəkət edə bilər.

Modern.az