Maqazin

“Aygün Kazımova kimi sənət üçün evimi sata bilmərəm”

“Aygün Kazımova kimi sənət üçün evimi sata bilmərəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aygün Kazımovanın fanatıyam. Ona baxıb səhnəyə gəlməmişəm. Səhnəyə gəlib tanınandan sonra demişəm ki, onun fanatıyam. İstəməmişəm ki, ona bənzəyim. Çünki o, mənim üçün bənzərsizdir, başqa bir dünya, başqa bir aləmdir. Heç vaxt da bunu deməkdən çəkinməmişəm. Nəyə görə də çəkinməliyəm?”

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Tarixin bir günü” verilişində qonaq olarkən deyib. O, Xalq artisti Aygün Kazımova kimi sənət üçün evini sata bilməyəcəyini (red. Kazımovanın məşhur reper Snup Doqqla duetini nəzərdə tutur) vurğulayıb:

“Düşünürəm ki, şou-biznesin təməlini qoyan, sənət fədaisi olan sənətçidir. Bunu danmayaq ki, hər kəs ona baxıb nəsə öyrənir. Mən onun kimi sənət üçün heç vaxt evimi sata bilmərəm. Çünki sənət fədaisi deyiləm, “star” olmaq düşüncəm yoxdur. Amma bu gün estradamızda 10 qadın müğənni varsa, onuncu belə olsa, onun biri mənəm. Öz sözümü demişəm”.

Ayan müğənnilərin öz geyimləri ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Şou-biznesdə bəzən deyirlər ki, bunun qiyməti filandır. Başı çıxan bilir ki, sən nə geyinirsən. Birincisi şişirdib qiymət demə. İkincisi də həmin markanın heç elə modeli yoxdur. Sırf marka geyinənlər Aygün Kazımova, Röya Ayxan, Gülay Zeynallı və mənəm. Baxıram, heyifslənirəm, heç olmasa markanı geyinəndə saytlar var, girib orada baxın, sonra gedib deyin qiymətini”.