Dünya

Çin XİN Baydenin Si Cinpini “diktator” adlandırmasına münasibət bildirib

Çin XİN Baydenin Si Cinpini “diktator” adlandırmasına münasibət bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ Prezidenti Co Baydenin ÇXR Sədri Si Cinpini “diktator” adlandırmasına münasibət bildirib.

APA “Reuters”ə istinadən xəbər verir ki bu barədə Çin Xarici İşlər Nazirliyi şərh verib.

Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin ritorikasını yanlış adlandırıb.

“Bu, məsuliyyətsiz siyasi maniulyasiyadır və Çin qəti şəkildə buna qarşıdır”, – Çin XİN şərhində deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden çinli həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, o, Çin lideri Si Cinpinin faktiki olaraq diktator olduğuna dair fikrini dəyişməyib.