İsrail ordusu qırıcı təyyarələrlə Hizbullahın Livan ərazisindəki obyektlərinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, vurulan hədəflər arasında hərbi xarakterli obyektlər, o cümlədən silah anbarları var.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
Follow @7timesaz