Latviyanın xarici işlər naziri Krişjanis Karins NATO-nun baş katibi postuna namizədliyini verəcək.
7Times.az xəbər verir ki, bu barədə “Blumberq” Karinsin nümayəndəsinə istinadla məlumat yayıb.
Diplomat baş nazir kimi liderlik təcrübəsi, Rusiyadan gələn təhlükəni aydın başa düşməsi, Ukrayna ilə bağlı möhkəm mövqeyi və beynəlxalq konsensusun qurulmasında sübut edilmiş təcrübə ilə alyansa töhfə verməyə hazırdır”, – nümayəndə bildirib.
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 2024-cü ilin oktyabrında başa çatır.
Follow @7timesaz