Teylor Sviftin Braziliya konserti fanatının ölümünə görə təxirə salınıb.
“7Times.az” OLAY -a istinadən yazır ki, müğənninin Rio de Janeyradakı konsertində bölgədəki istilik səbəbilə bir qadın ölüb, minlərlə insana tibbi yardım edilib.
“Eras” turneri çərçivəsində baş tutan konsertdə stadionun girişində içki içmək qadağan edilib, insanlar isə saatlarla günəşin altında qalıb. Çöldə istilik 40 dərəcə (104 F) olsa da, stadionun içərisində bu təxminən 60 dərəcəyə (140 F) çatıb.
Yanğınsöndürənlər isti hava şəraitindən insanları qorumaq üçün su püskürdüblər. Konsert isə başlamağına 1 saat qalmış təxirə salınıb. 60 mindən çox insan narazı halda evinə dönüb.
Şəhərdə xaos yaşanıb, taksi sürücüləri minimum məsafə üçün 200 dollardan artıq pul istəyiblər. Küçələrdə minlərlə insan çarəsiz qalıb. Stadion ətrafında silahlı soyqunlar belə gerçəkləşib.
Qeyd edək ki, konsert daha sonra gerçəkləşib. Bu dəfə isə Teylorun güclə nəfəs almağa çalışdığı video viral olub.