Dünya

Həsən Ruhanidən Baydenlə bağlı AÇIQLAMA

Həsən Ruhanidən Baydenlə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümidvaram ki, ABŞ-ın yeni administrasiyası beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün addımlar atacaq”.

7times.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinin elan edilməsindən sonra deyib. H. Ruhani bildirib ki, yeni administrasiya sanksiyaların faydasız olduğunu başa düşərək, sanksiya siyasətinə son qoymalıdır. Bu, məqsədə nail olmaq üçün düzgün siyasət deyil.

İran Prezidenti nəzərə çatdırıb ki, beynəlxalq qanunlara və öhdəliklərə əməl etmək hər bir dövlətin prioritet siyasi xətti olmalıdır. İran xalqı müqaviməti davam etdirərək ABŞ-ın beynəlxalq müqavilələrə əməl edəcəyini gözləyəcək.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsində Co Bayden Donald Trampa qalib gəlib.yenisabah.az