Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ölkəsinin yığmasının AÇ-2024-ün seçmə mərhələsinin son turu çərçivəsində İtaliyaya qarşı keçirəcəyi oyundan danışıb.
Fanat.Az xəbər verir ki, “La Gazzetta dello Sport” onun dediklərini belə çatdırıb:
“Bu, çox önəmli oyundur. Ölkədəki çətinliklər fonunda hər ev oyununu səfərdə keçirməyə məcbur olsaq da, komanda hələ də yaxşı vəziyyətdədir. Aydındır ki, nəsil dəyişib, amma bizim dəyərli oyunçularımız var: Mudrik, Sudakov və Tsıqankov.
Rebrov çox çətin vəziyyətdə əla iş gördü. O, fəlsəfəsini inkişaf etdirdi və komanda yenidən doğuldu. İndiki mərhələdə itirəcək heç nəyimiz yoxdur. Ancaq bu o demək deyil ki, biz əldə olunanlardan razıyıq.
İtaliya millisində ayrı-ayrı oyunçulardan yox, bütün komandadan qorxuram. Hətta Luçano Spalletti də çox motivasiyalıdır. Luçanoya böyük hörmətim var. O, əla məşqçidir, ən yaxşılardan biridir və şübhəsiz ki, keçmiş məyusluqlardan sonra İtaliyanı zirvəyə çatdırmaq istəyir. Bu görüş onlar üçün çox şey deməkdir. Hərçənd ukraynalılar da özlərini sübut etməyə hazırdırlar. Çünki bu oyun başqalarına bənzəmir”.
Qeyd edək ki, Ukrayna qalib gəlsə, AÇ-nin final mərhələsinə birbaşa vəsiqə qazanacaq.
Follow @7timesaz