AFFA sabah millinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.
Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı fövqəladə iclası keçiriləcək.
Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq.
İclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir (report).
Federasiya prezidenti Rövnəq Abdullayev apenninli çalışdırıcı ilə işbirliyinə son verilməsinə tərəfdardır. O. bu məsələdə baş katib Sərxan Hacıyevlə həmfikirdir.
Noyabrın 19-dan – millinin Belçika ilə səfər matçından (0:5) sonra qurumun iki vəzifəli şəxsi De Byazi ilə bağlı məsləhətləşmə aparıb. Hacıyev onunla əməkdaşlığın bitməli olmasına dair fikirlər səsləndirib və bunu əsaslandırıb.
Baş katib çalışdırıcının həm futbolçular, həm də media ilə münasibətlərini korlamasını bildirib,
Follow @7timesaz