Hərbi

İrəvan KTMT-nin növbəti tədbirindən də imtina etdi

İrəvan KTMT-nin növbəti tədbirindən də imtina etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrda keçiriləcək tədbirində iştirak etməyəcəyini açıqlayıb.

7Times.az  xəbər verir ki, bu barədə Alen Simonyan jurnalistlərə açıqlamasında məlumat verib.

“Dekabrda KTMT-nin tədbiri var, mən də orada iştirak etməyəcəyəm. Ermənistanın təşkilatdan çıxmaqla bağlı qərarı yoxdur, lakin mən hazırkı vəziyyətdə iştirakımı yersiz hesab edirəm. Əminəm ki, onlar da iştirak etməməyimin səbəblərini başa düşürlər”, – Simonyan bildirib.

Qeyd edək ki, 23 noyabrda Minskdə keçiriləcək KTMT sammitinə Ermənistan baş naziri, o cümlədən xarici işlər və müdafiə nazirləri qatılmayacaq.