“Ermənistan rəhbərliyinin qarşıdan gələn KTMT tədbirlərində iştirak etməmək qərarı, təbii ki, təəssüf doğurur”.
7Times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və bu dost ölkənin təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək. Eyni zamanda, anladığımıza görə, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin icrasına mane olmaq niyyətində deyillər. Bu, mahiyyət etibarı ilə, İrəvanın sonradan işə qoşulması üçün qapını açıq qoyur. Ümid edirik ki, erməni müttəfiqlərimiz yaxın gələcəkdə bu fürsətdən istifadə edəcəklər”, – o bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya KTMT-nin xüsusilə indiki şəraitdə regional sabitliyin təmin edilməsi baxımından mühüm rol oynadığına əmindir: “Hələ də müzakirə edilməkdə olan Ermənistan-Azərbaycan sərhəd bölgəsində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi məsələsi Aİ missiyasından fərqli olaraq, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm amil olardı. Avropa İttifaqı missiyası tam səmərəsizdir və dəfələrlə danışdığımız kimi elan olunan məsələlərdən uzaq vəzifələri yerinə yetirir”.
“AzPolitika.info”
Follow @7timesaz