Avropa Parlamentinin qanunvericiləri SEPAH-ın adının terrorçu qruplar siyahısına salınması və İran Prezidenti İbrahim Rəisiyə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib.
7Times.az xəbər verir ki, bu barədə AP-nin rəsmi saytında bildirilib.
Qətnamə 516 lehinə, 4 əleyhinə və 27 bitərəf səslə qəbul edilib.
Qətnamədə İranın girov götürmə siyasəti pislənilib, Avropa Birliyindən işçi qrupunun formalaşdırılması yolu ilə İranın bu siyasətinə qarşı ümumi strategiya qəbul etməsi tələb olunur.
Bununla yanaşı, avropalı qanunvericilər qətnamədə təhlükəsizlik məsələləri bəhanəsi ilə həbs edilən məhbusların azad edilməsini tələb ediblər.
Follow @7timesaz