Dünya

Moskvaya böyük pilotsuz təyyarə hücumunun qarşısı alınıb – Sobyanin

Moskvaya böyük pilotsuz təyyarə hücumunun qarşısı alınıb – Sobyaninbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 26-na keçən gecə Moskvada hava hücumundan müdafiə sistemləri Naro-Fominsk və Odintsovo şəhər rayonunda pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını alıb.

APA-nın məlumatına görə, bu barədə paytaxt meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib.

“Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub”, – mer yazıb.

Sobyaninin sözlərinə görə, Bryansk, Tula və Kaluqa vilayətlərində pilotsuz uçuş aparatlarını (PUA) vaxtında aşkarlamaq və məhv etmək mümkün olub.

“Tələfat və ya ciddi dağıntı olmayıb”, – mer qeyd edir.

Merin sözlərinə görə, dronların daha da müəyyənləşdirilməsi üzrə işlər davam edir. Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları PUA-nın dağıntılarının düşdüyü yerlərdə işləyir.