Fransanın cənub-şərqində yerləşən Romanes-sur-Isere şəhərində yeniyetmənin bayram zamanı bıçaqlanaraq öldürülməsindən sonra iğtişaşlar başlayıb.
7Times.az -ın xəbərinə görə, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Təxminən 50 ilə 100 arasında olan ifrat sağçı fəallar şəhərdəki Monet məhəlləsinin küçələrinə çıxıblar. Onlardan bəziləri zibil qutularını aşırıb, konteynerləri yandırıblar. İyirmi nümayişçi saxlanılıb, üçü yüngül xəsarət alıb.
Nümayişçilər dünyasını dəyişən yeniyetmə üçün ədalət tələb ediblər.
Asayişin qorunmasında 120-yə yaxın təhlükəsizlik qüvvəsi iştirak edib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atıblar.
Modern.az
Follow @7timesaz