Dünya

“Onlar yaxa qurtara bilməyəcəklər” – Türkiyədən XƏBƏRDARLIQ

“Onlar yaxa qurtara bilməyəcəklər” – Türkiyədən XƏBƏRDARLIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb Qəzzadakı qırğına kor olmağı seçir. Netanyahu və onun dəstəsi beynəlxalq cinayət məhkəməsində cavab verməlidir”.

Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O bildirib ki, Qərb dövlətləri İsrailə qırğın törətdiyini deyə bilmir: “Onlar qətliama səssiz qalırlar. Qəzzada baş verənləri eşitmirlər, görmürlər. Zalımın arxasında durub onun gücünü artırırlar. Qərb Qəzzada törədilən qətliamlara göz yummağı seçir.

Numan Kurtulmuş ümid edir ki, atəşkəs müvəqqəti deyil, daimi olacaq: “Bu zülmü edənlər bundan yaxa qurtara bilməyəcəklər. Netanyahu və dəstəsi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Dünya Fələstin xalqı ilə həmrəy olmalıdır. Beynəlxalq ictimaiyyət Qəzzə ilə bağlı üzərinə düşəni etməlidir. 29 noyabr bütün dünyada Fələstin xalqı ilə həmrəylik günüdür. Mən Türkiyə olaraq Fələstin xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirəm”.