İdman

AÇ-2024: UEFA səbətləri açıqladı

AÇ-2024: UEFA səbətləri açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 2-də Almaniyanın Hamburq şəhərində AÇ-2024-ün final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, final mərhələsinin 24 iştirakçısından 21-i artıq məlumdur, daha üçü isə 2024-cü ilin martında keçiriləcək təsnifat pley-off mərhələsində müəyyənləşəcək.

Bununla belə, artıq səbətlərin tərkibi açıqlanıb. Pley-off seçmələrinin üç qalibi püşkatma zamanı 4-cü səbətdə yer alacaq.

AÇ-2024-ün final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

Pley-off cütləri

A yolu: Polşa – Estoniya, Uels – Finlandiya
B yolu: İsrail – İslandiya, Bosniya və Herseqovina – Ukrayna
C yolu: Gürcüstan – Lüksemburq, Yunanıstan – Qazaxıstan

Püşkatma üçün səbətlər

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, üç pley-off qalibi (A, B, C yolu)