Rusiya Federasiyası Federal Şurası dekabrın 13-nə təyin edilmiş sessiyada gələn ilin martında keçiriləcək prezident seçkilərini elan edəcək.
7times.az xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov yerli KİV-ə bildirib.
“Məndə olan məlumata görə, Federal Şura dekabrın 13-də prezident seçkiləri kampaniyasına başlandığını rəsmən elan edəcək”, – o, jurnalistlərə bildirib.
Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir.
Federal Şuranın seçki tarixi ilə bağlı yekun qərarı 2023-cü ilin dekabrında verəcəyi gözlənilir, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.
Məlumdur ki, hakim “Vahid Rusiya” dekabrın 17-də, Rusiya Kommunist Partiyası isə dekabrın 23-də qurultayını keçirəcək.
“Həqiqət üçün ədalətli Rusiya” partiyası bundan əvvəl Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin seçkilərdə iştirak edəcəyi təqdirdə onu dəstəkləmək niyyətində olduğunu bəyan edib.
Modern.az
Follow @7timesaz