İsrail və Fələstinin HƏMAS hərəkatı arasında vasitəçi kimi çıxış edən Qətər hakimiyyəti qarşıdakı iki gündə Qəzza zolağında atəşkəsin daha da uzadılmasına nail olmağa çalışacaq.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.Onun sözlərinə görə, hər 10 israilli girovun azad edilməsi üçün atəşkəs bir gün uzadıla bilər. Əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında deyib: “Növbəti 48 saat ərzində HƏMAS hər gün 10 girovu azad etməyə davam etsə, atəşkəsin uzadılmasına diqqət yetirəcəyik”.
Follow @7timesaz