Rusiyanın Ukraynaya bir daha hücum etməyəcəyinə və ölkənin NATO-ya qəbul edilib-edilməyəcəyinə heç kim təminat verə bilməz.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayevdə tələbələrlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, milli təhlükəsizlik Ukrayna üçün indi və gələcəkdə prioritet məsələdir: “Təcrübəmizi bütün tərəfdaşlarımızla bölüşürük. Biz müharibədən keçən və bir daha başlamaması üçün onu bitirmək istəyən ölkəyik. Amma bunun necə olacağını dəqiq bilmirik. Bu, həyatdır və bu, Rusiyadır. Heç kim sizə deməyəcək ki, “biz NATO-da olacağıq, ya yox”.
Buna baxmayaraq, Prezident əlavə edib ki, Ukrayna NATO standartlarına uyğun olaraq təşkilata üzvlüyə doğru irəliləyir və bir çox sahələrdə öz standartlarını inkişaf etdirir.
Follow @7timesaz