Dünya

Rusiyada hərbçilərin sayı 170 min nəfər artırıldı – Səfərbərlik olacaq?

Rusiyada hərbçilərin sayı 170 min nəfər artırıldı – Səfərbərlik olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artılıb.

Sənəd bu gün Kremlin saytında dərc olunub və imzalandığı gündən qüvvəyə minir.

Fərmana əsasən, silahlı qüvvələrin ştat sayı 2 milyon 209 min 130 nəfər, o cümlədən 1 milyon 320 000 hərbi qulluqçu müəyyən edilib. Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub. Müddəti bitmiş fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Silahlı Qüvvələrin sayının artırılması haqqında prezident fərmanında səfərbərliklə bağlı heç bir müddəa yoxdur: “Artım muzdlui əsgərlər hesabına mərhələlərlə həyata keçirilir. Vətəndaşların məcburi hərbi xidmətə cəlb edilməsi, səfərbərlik nəzərdə tutulmur”.