ABŞ, Böyük Britaniya və Avstraliya 2024-cü ildə AUKUS üçtərəfli hərbi tərəfdaşlıq çərçivəsində bir sıra birgə dəniz təlimləri keçirəcək.
Bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə, AUKUS-a üzv ölkələr gələn il bir sıra üçtərəfli dəniz sınaqları və təlimləri keçirəcəklər: “Onlar bizim inkişaf və əməkdaşlıq imkanlarımızı gücləndirəcək və birlikdə istifadə edə biləcəyimiz özü hərəkət edən dəniz vasitələrinin inkişafını sürətləndirəcək”.
Follow @7timesaz