İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi kampaniya başa çatdıqdan sonra HƏMAS hərəkatının dünya üzrə liderlərini öldürməyə hazırlaşır.
7Times.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun göstərişi ilə kəşfiyyat HƏMAS liderlərini, xüsusən də Livan, Türkiyə və Qətərdə “ovlamaq” üçün planlar hazırlayır.
Nəşrin qeyd etdiyi kimi, bu, İsrailin bütün dünyada on illik gizli əməliyyatlarının başlanğıcı ola bilər. Eyni zamanda, qəzet vurğulayır ki, xaricdə məqsədyönlü qətllər beynəlxalq hüququn pozulmasına çevrilə və yerli hakimiyyət orqanlarının icazəsi olmadan həyata keçiriləcəyi ölkələrin cavabı ilə nəticələnə bilər.
Follow @7timesaz