Dünya

Nazirdən “Tiktok” açıqlaması: Sizi narahat edən profilləri deyin, tədbir görək

Nazirdən “Tiktok” açıqlaması: Sizi narahat edən profilləri deyin, tədbir görəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya sosial mediada keçirilən əməliyyatlardan danışıb.
7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o Ankarada Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (GAMER) mətbuat konfransı keçirib.

180 günlük məlumatları paylaşan Yerlikaya aparılan əməliyyatlar barədə məlumat verib.
Nazir “TikTok”da qeyri-etik məzmunlu paylaşım edən şəxslərdən 13 nəfərin həbs olunduğunu bildirib:
“TikTok”da 612 hesab yoxlanılıb. Qeyri-etik məzmunlu paylaşım edən 13 nəfər həbs olunub”.
Yerlikaya həmçinin vətəndaşlara müraciət edərək onları narahat edən şəxslər haqda məlumat vermələrini də istəyib: “Sizin dincliyinizi və təhlükəsizliyinizi pozan şəxslərlə bağlı 112-yə zəng edin. Sosial media hesablarımıza etdiyiniz şərhləri və göndərdiyiniz mesajları da qəbul edirik. Dərhal tədbir görəcəyik”.
AZXEBER.COM