Ukraynada müharibə uzandıqca, Qərbdə işğala məruz qalmış bu ölkəyə dəstəklə bağlı tərəddüdlər artır.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq üç NATO ölkəsinin Ukraynaya silah verməyin əleyhinə olduğunu deyib. Bunlar Macarıstan, Slovakiya və Hollandiyadır. Ancaq o, eyni zamanda bildirib ki, bu ölkələrin haklimiyyətlərinin yeni siyasi mövqeyinə baxmayaraq, Alyans üzvləri Ukraynaya yardımı dayandırmayacaqlar: “NATO üzvləri müasir raketlər, hava hücumundan müdafiə sistemləri, müasir döyüş tankları təqdim edir – bunlar hamısı əhəmiyyətli müasir yardımın nümunələridir… Ukraynaya yardım göstərilir, çünki bu, bizim təhlükəsizlik maraqlarımıza cavab verir. Əminəm ki, NATO müttəfiqləri bundan sonra da Ukraynaya kömək edəcəklər”.O, NATO üzvlərinin Ukrayna hakimiyyətinə yardımı davam etdirmək əzminə misal olaraq qeyd edib ki, Almaniya və Hollandiya bu yaxınlarda 10 milyard dollar ödəməyə, ümumilikdə NATO müttəfiqləri isə əlavə hava hücumundan müdafiə sistemləri verməyə hazır olduqlarını bildiriblər: “Həmçinin, Ukraynaya daimi sursat və silah axını var. Təbii ki, böyük həcmdə yardıma təcili ehtiyac var, lakin müttəfiqlər təkcə sözdə deyil, həm də əməldə nümayiş etdirirlər ki, onlar bundan sonra da Ukraynaya yardım göstərəcəklər”.
Follow @7timesaz