Oktyabrın 7-də HƏMAS qruplaşmasının Qəzza zolağından atdığı raket İsrailin nüvə silahı daşıya bilən bəzi raketlərinin yerləşdiyi bazaya düşüb.
7Times.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Nəşr bildirir ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS ölkənin cənubuna doğru irəliləyən zaman İsrailə atdığı minlərlə raketdən biri Beyt Şemeş yaxınlığındakı Sdot Miça aviabazasının ətrafına düşüb. Nəticədə yanğın baş verib və bazanın təxminən 40 hektar ərazisi yanıb, lakin görünür, strateji obyektlərə çatmayıb.
Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen bazada nüvə başlıqları daşıya bilən 25-50 “Yerihon” raket buraxılış qurğusunun olduğunu ehtimal edir.
Follow @7timesaz