Xaçmazda 13 yaşlı qızı avtomabil vurub.
7times.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xaçmaz-Xudat yolunda baş verib.
Hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçən 2007-ci il təvəllüdlü Xəlilova Şəfəq Mehman qızını vurub. O, ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən 7Times.az-a verilən məlumata görə hazırda onun vəziyyəti kafidir.
Fakla əlaqədar olaraq araşdırma aparılır.
Follow @7timesaz