Çinin xarici ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında illik müqayisədə 5,6 % azalaraq 5,41 trilyon dollar təşkil edib.
7Times.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, 11 ay ərzində ölkənin ixracı 5,2 % azalaraq 3,08 trilyon dollara, idxalı isə 6 % azalaraq 2,33 trilyon dollara enib.
Qeyd olunan dövrdə Çinin müsbət saldosu 2,7 % azalaraq 748,13 milyard dollar təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.
İqtisadiyyat.az
Follow @7timesaz