“2030-cu ildə ürək xəstələrinə qulluq xərcləri 69,8 milyard dollara çatacaq”.
7Times.az xəbər verir ki, bunu bugünkü konfransda tibb üzrə fəlsəfə doktoru Rasim Cəfərov bildirib.
O qeyd edib ki, bir sıra kardioloji xəstəliklər müalicəyə tabe olsa da, onların arasında ürəyin transplantasiyası ilə nəticələnən hallar da mövcuddur:
“Medikamentoz müalicəyə cavab verməyən kardioloji xəstəliklər də var. Uzunmüddətli refrakter ürək çatışmazlığı sindromları zamanı qısa müddətdə ürək funksiyalarının bərpasına imkan vermək, eləcə də sistemik perfuziyanı bərpa etmək üçün yeni müalicə stragiyaları inkişaf etdirilib. Əgər kardioloji xəstəliklərdən hansısa medikamentoz müalicəyə cavab vermirsə, bu halda ürək transplantasiyası “qızıl standart” hesab olunur”.
News24.az
Follow @7timesaz