Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananın son ittihamlarına cavab verib.
OLAY yazır ki, bu barədə o, “Yaxşıya doğru” verilişində qonaq olarkən danışıb. O bildirib ki, eks-gəlini nəvələrinin beyinlərini zəhərləyir:
“Mən həmişə demişəm, indi də deyirəm ki, gəlsin uşaqlarını aparsın. Artıq yorulmuşam. Bu da mənə sağ oludur? Demirdin, azadlıq istəyirəm? Bu da azadlıq. Səni evdən qovmaılblar, boşamayıblar, mən nə qədər yalvarmışam, ayağına getmişəm. Oğlum da eynilə. Amma deyib ki, ailə mənlik deyil. Həmişə Kərimə deyirdi ki, get öz həyatını yaşa. Bunun səs yazmaları var. Ona görə də birinci məhkımədə uşaqları bizə verdilər. İkincidə nəsə düzgün baxılmadı, uşaqlar ona verildi. Gəldi, oğlumla anlaşdılar. Razılaşdılar ki, uşaqların bizdə qalmağına razıdır və hər ikimiz də alimentdən imtina edirik. Biz Moskvada 6 ay qalanda uşaqlar onun yanında idi. Bizə zəng edirdilər ki, qorxuruq, gecə ana evə gəlməyib. Görüntülü danışmışıq ki, ağlamayın. Üç uşağı evdə gecə tək qoyub. Belə hadisələr çox olub, hələ birini danışıram. Biz də qayıdandan sonra öz xoşu ilə gəldi, uşaqları gətirdi”.
M. İsgəndərli söyləyib ki, artıq Canana ilə adının birgə hallanmasını istəmir:
“Bundan sonra mənim adımı onunla hallandırsaz, məhkəməyə verəcəyəm. Televiziyaya, jurnalistlərə səslənirəm. İnsanların bədbəxtliyindən reytinq qazanmayın. Bunun axırı yaxşı olmayacaq, faciə baş verəcək. O bizim qəsdimizə durub. Uşaqlarına, qardaşına, ata-anasına rəhm etməyən bizə rəhm edəcək? Atasını saymır, qardaşı danışır ki, atasına “rədd ol burdan” deyir. Atasının maşınını satıb xərcləyib. Heç kimi eşitmir. Onunla qardaşı, atası, nəsli bacarmır. Mən bacaracam? Əgər dəlidisə, həkimə aparın, müalicə edin. Cinayətkardırsa, həbs edin. O tək deyil, arxasında adamlar var. Məndən nə istəyirlər? Nə etmişəm? Günahım nədir? Mən cəhənnəm, balalarım, nəslim əziyyət çəkir. 80 yaşlı anam əsəbdən partlayır. Təzə gəlinimin nə günahı var? Onu almasam, başqasını alacaqdım. Boşanmısan, biz də el adəti ilə alıb gətirmişik. Özün getmisən, biz səni qovmuşuq? Yalandan oğluma şər atırsan. Oğlum səni nə vaxt döyüb? Yalandan mənə böhtan atırsan ki, guya külqabı atmışam. Bunların hamısını məhkəmədə sübut etməlidir ki, mən onu nə vaxt döymüşəm? Oğluna şər atır ki, guya atası ilə əlbəyaxa olub. Niyə? Axı o uşaq məktəbdə utanır”.