Dünya

Rusiyadakı prezident seçkiləri Ukrayna ərazisində də keçiriləcək – İşğal…

Rusiyadakı prezident seçkiləri Ukrayna ərazisində də keçiriləcək – İşğal…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 17 mart 2024-cü il tarixinə təyin olunmuş Prezident seçkiləri işğal olunmuş Ukrayna ərazilərində də keçiriləcək.

 

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə  Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Komissiya Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və region rəhbərləri ilə məsləhətləşmələrdən sonra bu qərara gəlib.

 

Beləliklə seçkilər “Donsetsk XR” və “Luqansk XR” qondarma qurumlarında, habelə Zaporojye və Xerson vilayətlərində də baş tutacaq.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.