Ukraynalıların yarıdan çoxu hesab edir ki, Qərbin yardımı azalsa belə, hətta yeni ərazilərin itirilməsi riskinə baxmayaraq, Rusiyaya qarşı azadlıq müharibəsini davam etdirmək lazımdır.
7Times.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 29 noyabr – 9 dekabr tarixlərində keçirdiyi sorğunun nəticələrinə əsasən hazırlanan hesabatda belə deyilir.
“Respondentlərin əksəriyyəti – 58%-i indi belə hesab edir ki, Qərbin yardımının əhəmiyyətli dərəcədə azaldığı halda belə, ərazi itkisi risklərini də nəzərə alaraq işğalçılara təzyiq göstərmək üçün hərbi əməliyyatlar davam etdirilməlidir”.
Eyni zamanda, hər üç ukraynalıdan biri (32%) hesab edir ki, işğal olunmuş ərazilərin azad edilməsi qeyri-müəyyən müddətə təxirə salınsa belə, döyüşləri Qərbdən ciddi təhlükəsizlik zəmanəti alaraq bitirmək daha yaxşıdır. Qalan 10% isə qərar verməkdə çətinlik çəkir.
“AzPolitika.info”
Follow @7timesaz