Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internent səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.
O qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır:
“Tərəflər imzalarını geri götürməyiblər və biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik”.
Zaxarova deyib ki, belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək.
“Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkündür. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır”, – Rusiya XİN nümayəndəsi vurğulayıb.
O söyləyib ki, rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır.
Follow @7timesaz