Dünya

Putin Baydeni niyə təbrik etmir? – Kreml açıqladı

Putin Baydeni niyə təbrik etmir? – Kreml açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçkilərin nəticələrinin rəsmi şəkildə yekunlaşdırılmasını gözləməyi düzgün hesab edirik”.

7times.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-dakı seçkilərdən dərhal sonra Co Baydeni niyə təbrik etmədiyini sual edən jurnalistlərə cavabında deyib.

O, Rusiya prezidentinin ABŞ-dakı prezident seçkilərinin nəticələrinin rəsmi şəkildə yekunlaşdırılmasını gözləməyi və yalnız bundan sonra seçilən prezidenti təbrik etməyi məqsədəuyğun hesab etdiyini bildirib: “Fərq göz qabağındadır. Prezident tərəfindən elan edilmiş müəyyən qanuni prosedurlara əməl olunmalıdır. Bu səbəbdən vəziyyət fərqlidir. Buna görə də rəsmi açıqlama gözləməyi düzgün hesab edirik”.

Putinin sözçüsü Rusiyanın Amerika xalqı tərəfindən seçilən istənilən ABŞ prezidenti ilə işləməyə hazır olduğunu da vurğulayıb. Növbəti Amerika lideri ilə dialoq qurmağın və ikitərəfli münasibətləri normallaşdırma yolları barədə razılığın əldə olunmasının mümkün olacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəlki seçkilərdə V.Putin Donald Trampı seçkilərdən dərhal sonra təbrik etmişdi.Publika.az