İran Yaxın Şərq regionunda münaqişənin mümkün eskalasiyasının qarşısını almaq üçün addımlar atmalıdır.
APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.
“Əlbəttə, Birləşmiş Ştatlar müharibə istəmir. Biz İranı eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq”, – Ostin bildirib. Onun sözlərinə görə, İran hazırda radikal qrupları dəstəkləməkdə davam edərək “regionda gərginliyi artırır”.
“Biz münaqişənin Qəzza zolağından kənara yayılmaması üçün çalışırıq”, – Ostin vurğulayıb.
Follow @7timesaz