Maqazin

“Bir aya boşanırlar”

“Bir aya boşanırlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vizajist Şəfəq Novruz gəlinləri Əzizə Novruzova ilə qalmaqalı haqda açıqlama verib.

OLAY yazır ki, bu barədə o, qızı ilə birgə “İncə səhər” verilişinə danışıb:

“Qardaşım, Cavidan qarşı tərəfi zəng edib, məcbur qalıb ki, yalvarış etsin. Sakitləşməyini istəyib. O zəngdən əvvəl postlar paylaşılmışdı ki, sübutlar, faktlar ortaya qoyulacaq. Qardaşım səsini paylaşıb ki, guya bizimlə bağlı hansısa sübutları paylaşmasın deyə zəng etmiş kimi göstərir. Ümumiyyətlə cavidan demək istəyirdi ki, Şəfəq də, sən də nəsə deməyin, paylaşmayın. Hamı bilir ki, ona balam kimi baxmışam, istəmişəm ki, ailəmin içində olsun. Bu gün hansısa problem olanda geriyə addım atmaq lazımdır. Amma balamı da məsələyə qatırsa… Bir qadın övladı ilə bağlı nəsə deyiləndə insanı parçalaya da bilər. Mənə dedi ki, sənin öz qızın belə… Mən də söylədim ki, mənimlə danış. Çünki mən səninlə danışıram, balamı qatma. Yazıb ki, o adam dil uzadar ki, ağ kağız olar, getsin qızına özünə baxsın. Onu daha da böyütdülər.

Danışmaq istəmişəm, yenə də hamı getsin özünə baxsın kimi sözlər işlədib. Hər şey sakitliklə yoluna qoyulsaydı. Bu günə çatmazdıq. Öncədən sakitliklə yoluna qoyulsaydı, bu yerlərə gəlib çıxmazdıq. Veirlən əməyə, çörəyə, böyüklüyə hörmət edilsəydi, ortaya başqa adamlar girməzdi.  Anam da qardaşlarım da dedilər ki, atanın adına görə sus. Amma o biri tərəfin böyükləri susmadı. İki qızıma da nalayiq ifadələr səsləndirildi. Yenə də burada oraya çıxdı ki, övladlarına sözlər desinlər, söysünlər, sən cavab vermə. Çünki Ramiz Novuruzun qızısan. Yenə təhqir olunan, susan mən olamalıyam. Olsun. Qurban olsun atamın adına. İstərdim ki, tanınmış, ya da tanınmış insanın övladı olmayım. Çünki bu mənə əziyyət verir. Haqqımı müdafiə edə bilmirəm”.

Ş. Novruz deyib ki, qardaşı Nəriman Novruz Əzizədən 1 ay ərzində boşanacaq: 

“Bir ay ərzində soyadımızı da daşımayacaq. Ayrılıq məsələləri var. Biz danışıb hər şeyi aydınlaşdırdıq, doğma bağlar var, uğurlar arzu edirəm. İki övladı var, onlar da analarında qalacaqlar”.

Ayan Novruz isə yaşananlardan danışarkən kövrəlib: 

“O bizə təhqirlər səsləndirir. Biz cavab verəndə deyirlər, sən Ramiz Novruzun qızısan, nəvəsisən, susanda isə söyləyirlər ki, qorxdular. Nə anamı, nə babamı, nə dayımı.. Reytinq xətrinə heç vaxt belə bir şey olmayıb. Bir tək atama (Babasını nəzərdə tutur)görə pis oluram”.