Dünya

Ərdoğan Albayrakın istefasını qəbul etdi

Ərdoğan Albayrakın istefasını qəbul etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefasını qəbul edib.

7times.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi açıqlama yayıb. “Prezidentimizin dəyərləndirmələri nəticəsində Berat Albayrakın vəzifəsindən azad edilmə tələbi qəbul olunub”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl B.Albayrakın İnstaqram səhifəsində istefası ilə bağlı bəyanat yayılmışdı. Nazirin səhhətində yaranan problemlər səbəbindən vəzifəsindən getmək qərarı aldığı qeyd edilirdi. qafqazinfo