İran və Rusiyanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahyan və Sergey Lavrov Cənubi Qafqazdakı hadisələri, əməkdaşlıq və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.
7Times.az xəbər verir ki, bu barədə İRNA dövlət agnetliyi məlumat yayıb. Qeyd olunur ki, Əmir Abdullahyan Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb, regionda sülh və sabitliyin əldə olunmasına İran İslam Respublikasının dəstəyini vurğulayıb.
Rusiya xarici işlər naziri İranı Avrasiya İqtisadi Birliyi ilə azad ticarət sazişi imzalaması münasibətilə təbrik edərək, bunu iqtisadi əlaqələrin inkişafında çox mühüm addım adlandırıb.
Sergey Lavrov həmçinin Rəşt-Astara dəmir yolunun tikintisində iki ölkənin əməkdaşlığına işarə edib. Lavrov Moskvanın bu sazişin həyata keçirilməsi üçün bütün daxili rəsmiləşdirmələri başa çatdırdığını nəzərə alaraq, ölkəsinin bu planın həyata keçirilməsini sürətləndirmək əzmində olduğunu vurğulayıb.
“AzPolitika.info”
Follow @7timesaz