Bu il demək olar ki, Türkiyənin bir çox ərazilərində zəlzələ oldu.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə isə yaponiyalı alim Yoshinori Moriwaki təbii fəlakətin “Gemlik Körfezi” ətrafında yaşanacağını bildirib.
Sözügedən ərazidə əvvəl 5, sonra 4 bal gücündə zəlzələ olub. Bu səbəbdən orada növbəti dəfə təbii fəlakət yaşanacağı və bunun gözlənilən zəlzələdən min qat artıq oldacağı vurğulanıb.
O həmçinin Şimali Anadoludakı qırılmaların təhlükə saçmağa davam etdiyini deyib:
“Şimali Anadoludakı qırılmaların şimal və cənub qolları var. Cənub qol daha yaxındır deyə bilərik .Bu qollar İnegöl və Bursaya qədər uzanır. Bu səbəbdən adı çəkilən ərailərə xüsusi diqqət etmək lazımdır. Gemlikdə isə nəzərdə tutuduğumuz zələzənin min qat artığını gözləyirik”.
Follow @7timesaz