İraqın Ərbil şəhərində bir restorana edilən silahlı hücumun görüntüləri yayılıb.
Silahlı hücum zamanı restoranda olan türk diplomat da həyatını itirib.
Həyatını itirən Osman Köse Türkiyənin İraqdakı Baş konsulluğunun diplomatı olub. Silahı hücum zamanı türkiyəli diplomatdan əlavə iki İraq vətəndaşı da həyatını itirmişdi.
Ərbil şəhər polisi hadisənin törədən şəxsin kimliyini açıqlayıb. Hadisənin törədənlərdən biri Türk vətəndaşı 27 yaşlı Mazlum Dağ adlı şəxs olub.Qeyd edək ki,hadisə iyulun 17-də günorta saatlarında baş verib. Hücum edilən restoran türkiyəli diplomatların nahar etmək üçün hər zaman getdikləri məkan olub. Hücumun diplomatlara qarşı terror aktı olduğu bildirilmişdi.(musavat)